ABŞ Konqresi Co Baydenin prezident seçkilərindəki qələbəsini təsdiqləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin qərarı ilə Co Baydenin prezident seçilməsi təsdiqini rəsmi şəkildə alıb. 20 yanvar tarixində Baydenin andiçməsi baş tutacaq. Bundan sonra o, prezident səlahiyyətlərinin icrasına başlayacaq.