1989-cu ildən bəri efirdə olan "Simpsons" cizgi filmində baş verən hadisələrin gərçək dünyada olay yaratması insanlar arasında təşvişə səbəb olub. 

Unikal.org xəbər verir ki,  simpsonlar dünyada  koronavirus pandemiyasını belə əvvəlcədən proqnozlaşdırmışdılar. Əfsanəvi cizgi serialının pərəstişkarları serialın ABŞ-dakı son vəziyyəti də bildiyinə diqqət çəkiblər.

Belə ki,  Tramp tərəfdarlarının Vaşinqtondakı Konqres binasına basqın etdiyi hadisədə, başında dəbilqə olan çılpaq nümayişçinin və Simpsonsda "Qubernator" yazan kəmərli dəbilqə taxan kişinin yan-yana görüntüsü sosial mediada ən çox paylaşılan görüntülərdən biri olub.

Simpsonlar'ın kehaneti yine tuttu

Daha bir paylaşılan görüntülərdən biri də Konqres binasına girən talançılardan tribunanı oğurlayan adamın və  cizgi  filminin qəhrəmanı "Homer Simpson"un heykəl oğurladığı səhnələrdən biri idi. 

Simpsonlar'ın (The Simpsons) kehaneti yine tuttu: ABD'de Kongre Binası  işgali | NTV

ABŞ-da "vətəndaş müharibəsi 2021" etiketi ilə göndərilən tvitlərdə -  "Homer Simpson"un 20 yanvar 2021-ci ildə "The Simpsons" seriyasında silahla bir evin damında gözlədiyi paylaşılıb. Bildirək ki, 20 yanvar eyni zamanda Trampın prezidentliyini Co Baydenə  təhvil verəcəyi andiçmə günüdür.

Simpsons ABD Kongre baskını bildi