“Seçkilərin yekun nəticələri ilə tam razı olmasam da, yanvarın 20-də lazım olan qaydada hakimiyyətin ötürülməsi baş tutacaq”.

Unikal.org xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın köməkçisi Deniel Skavino dövlət başçısının adından tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Donald Trampın sosial şəbəkədəki hesabları dondurulduğuna görə o, ictimaiyyətlə köməkçisi vasitəsilə əlaqə qurur.