Türkiyədə intihar hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə səhər saat 04.30 radələrində Beşiktaşda qeydə alınıb. Doğan Şahin adlı şəxs paltarını soyunaraq dənizə atlayıb. Şəxsin intihar etməsindən şübhələnən ətrafdakı insanlar polis qruplarına məlumat verib.  

Hadisə yerinə gələn Dəniz Polisi və Sahil Təhlükəsizlik Komandanlığı qrupları dənizə tullanan şəxsin axtarışına başlayıb. Aparılan axtarışlar nəticəsində şəxs dənizin dibindən tapılıb. Onun çantasına ağır daşlar yığaraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.