Erməni din xadimi, Eçmiadzin katalikosluğunun arxiyepiskopu Arşak Xaçaturyan kilsə və katalikosu Paşinyana yenidən istefa tələb etməyə çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Xaçaturyan özü də bunu tələb etdiyini bildirib.

"Kilsə və katalikos Paşinyanın istefasını tələb etməlidir. Bu addım olduqca təbiidir. Kilsə tarix boyu xalqa zərər vuran adamları qovub. Yenə bu missiyanı üzərinə götürməlidir. Nikol Paşinyan hakimiyyətdən getməlidir. Mütləq getməlidir", - deyə din xadimi söyləyib.