Almaniya Federativ Respublikasının prezidenti Frank Valter Ştaynmayer də ABŞ-da baş vermiş olaylara münasibətini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ştaynmayer baş verənlərdən dərin narahatlıq hissi keçirdiyini söyləyib.

"Vaşinqtonda baş verənlər yalanın nəticəsidir. Yalanın, yalanın, bir daha yalanın. Bunun başqa səbəbi yoxdur. Bu, demokratiyaya hörmətsizliyin göstəricisidir. Baş verənlərdən dərin narahatlıq hissi keçirdim. Nifrət var. Lakin əminəm ki, Amerika demokratiyası nifrətdən daha güclüdür və demokratik qurumlar yalandan daha çox qüdrətə sahibdirlər", - deyə Almaniya prezidenti bəyan edib.