Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına cavab olaraq vəzifəsindən istefa verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir magistr və doktor elmi işlərində plagiata yol verməkdə ittiham olunur. İddia edilir ki, o, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

K.Aşbaxer isə bu ittihamları rədd edib. O bildirib ki, öz elmi işlərini daim müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb və Slovakiya Texniki Universitetində təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir.

Nazir şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.