Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfər etmək üçün gəldiyi hava limanında etiraz aksiyası keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan əleyhdarları "Zvarnots" aeroportuna toplaşıblar. Onlar Nikol Paşinyana istefa tələbi ilə şüarlar səsləndiriblər.

Aksiyaçılar yolu bağlamağa çalışsa da, polis yolu açıb. Etiraz aksiyasının qarşısı alınıb. Müxalif Vətən Partiyasının funksioneri Arsen Babayan saxlanılıb. Aksiyaçılardan digər saxlanılanların da olduğu bildirilir.