Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki humanitar fəlakət barədə məlumat yayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, BQXK Yəməndə hər üç yəmənlidən ikisinin təmiz su və tibbi xidmətə əlçatanlılığının olmaması barədə bildirib. COVID-19 təhlükəsinin kritik həddə çatdığı dönəmdə təmiz suya ehtiyacın daha böyük problemə çevrildiyi vurğulanıb. Su-kanalizasiya şəbəkələrinin bərbad vəziyyətdə olması müxtəlif infeksion xəstəliklərin yayılmasına da səbəb olur.

"Yəmən əhalisinin üçdə ikisi içməli suya möhtacdır" - deyə BQXK-ın yaydığı məlumatda bildirilir.