Venesuela prezidenti Nikolas Maduro Donald Tramp haqqında sensasion ittihamlar səsləndirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maduro Trampın onu öldürmək istədiyini bəyan edib. Venesuela prezidenti qeyd edib ki, Trampın 4 illik prezidentliyi dönəmində əsas məqsədlərindən biri onu öldürmək olub.

"Tramp məni öldürmək istəyirdi. O, Venesuelanı məhv etmək istəyirdi. Hər zaman bunun üçün çalışıb. Dünya siyasətində aqressiyanı artırıb. Təkrar edirəm ki, Tramp məni öldürmək üçün bir neçə dəfə cəhd göstərib. Tramp hamımızı məhv etmək arzusunda idi", - deyə Maduro söyləyib.