Ermənistanın prezidenti Armen Sarkisyan Paşinyan əleyhinə proseslərdə iştirak etməyə davam edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə prezidentin saytında "Mənalı dövlət quruculuğunun qaçılmazlığı haqqında" başlığında yazısı dərc olunub.

Yazıda üstüörtülü və bəzən açıq işarələrlə Nikol Paşinyan hakimiyyəti və komanda sərt şəkildə tənqid olunub. Sarkisyan Ermənistanın dövlətçilik baxımından tələsməli olduğunu və çox vaxtın qalmadığını bildirərək dəyişikliklərə çağırış edib. Yeni hökumətin qurulmalı olduğu və "Dördüncü Respublikaya keçmək" barədə tövsiyələr yazıda yer alıb.

"Milli Razılıq Hökuməti qurulmalıdır. Dövlətçiliyi qorumaq üçün", - deyə yazıda qeyd olunub.