ABŞ-ın Nyu-York şəhərində vaksinasiya prosesini həyata keçirmək üçün nəhəng mərkəz yaradılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mərkəz Bruklində yerləşir. Mərkəz 24 saat fəaliyyət göstərir. İlkin mərhələdə tibbi personal vaksinasiya prosesinə cəlb edilib.

Daha sonra, təhsil işçiləri, xidmət sektoru əməkdaşları və 75 yaşdan yuxarı ahıllar vaksin olunacaqlar. İndiyə qədər 540 min vaksinin təmin olunduğu, 200 min vaksinin də yolda olduğu bildirilib.