Respublikaçılardan keçmiş Kaliforniya qubernatoru olan məşhur aktyor Arnold Şvartsneger Konqres binasına girən Tramp tərəfdarlarını alman nasistlərinə bənzədib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aktyor yəhudilərin öldürüldüyü "kristal gecə" ilə Konqresə basqın olunan gecəni müqayisə edib.

"Həmin gecə ABŞ-da "kristal gecə" baş verdi. Dəyərlərimizi dağıtdılar, prinsipləri ayaqlar altına atdılar. Tramp insanları yalanlarla yayındıraraq çevriliş etməyə çalışdı. Tramp uğursuz lider idi. O, ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək", - deyə Şvartsneger bildirib.