2016-cı ildə itkin düşən 42 yaşlı Maria Kindamo adlı iş qadınının mafyanın qurbanı olduğu illər sonra ortaya çıxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadının harada olması keçmiş mafiya üzvü Antonio Kossidentenin mətbuata verdiyi müsahibə  nəticəsində ortaya çıxıb.

O müsahibəsində həbsxanada tanış olduğu başqa bir mafiya üzvünün İtaliyanın Kalabriya bölgəsində torpağını qonşusuna satmaq istəməyən qadının öldürülməsi barədə danışıb. 

Belə ki,  İtaliyanın Kalabriya bölgəsində yaşayan iş qadınının mafiya ilə əlaqəsi olan qonşusu torpaqlarını ona verməsini istəyib.

Keçmiş mafiya üzvünün bildirdiyinə görə, qadının qonşusu əlbir olduğu digər mafiya ilə birlikdə Marianı zorla avtomobilə mindirib qaçırıblar.

"Qadını məşəlik əraziyə aparıb, öldürdükdən sonra cəsədini yem üyütmə maşınına atıp parçalayıblar. Daha sonra qadının qalıqlarını donuzlara yem ediblər".

Bildirilir ki, Mariya itkin düşdükdən sonra onun həyat yoldaşı da intihar edib.

İtaliya mediasının bildirdiyinı görəə keçmiş mafiya üzvü Antonionun bu müsahibəsindən sonra polislər hərəkətə keçib və hadisə yerindı araşdırmara başlanılıb.