ABŞ-da qadınlara qarşı şiddət son illərdə daha da çoxalıb. 2018-ci il üçün məlumatların əldə olunduğu ölkədə 1946 qadın öldürüldüyü qeyd olunub. 

Unikal.org xəbər verir ki,  törədilən 1894 qətldən 101-də qurbanların 18 yaşınadək, 241 nəfərin isə 65 yaşında olduğu təyin olunub. Ölkədəki 1946 cinayətin qurbanı olan qadınların min nəfərinin ağdərili, 605-i qaradərili, 56-sı Asiya və ya Sakit okean adaları, 70-nin müxtəlif bölgələrədən  olduğu bildirilib.

Cinayətkarla qurban arasındakı əlaqənin müəyyənləşdirilə bildiyi qətllərdə 1748 qadından 1606-sının qatilini tanıdığı və 142 qadının tanımadığı biri şəxs tərəfindən öldürüldüyü təyin olunub.  Qadınların yüzdə 63-ü ərləri, keçmiş ərləri və sevgililəri tərəfindən öldürülüb.