Ermənistanda müharibə zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri növbəti etiraz aksiyası keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə aksiya Ermənistan Müdafiə Nazirliyinin Xüsusi Hərbi İstintaq İdarəsinin qarşısında keçirilib. İtkin ailələri övladları haqqında xəbər almaq istəyiblər.

Aksiya zamanı baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar və istefa çağırışları səsləndirilib. Polis aksiyanı dağıdıb. Həbslərin olduğu deyilir.