"Rusiya mehriban qonşuluğa böyük dəyər verir"

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bu barədə Moskvadakı üçtərəfli görüşdə bildirib.

Rusiya prezidenti İlham Əliyev və Paşinyana Qarabağ məsələsini müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə minnətdar olduğunu, Rusiyanın Bakı və İrəvanla tərəfdaş və mehriban qonşuluq münasibətlərinə dəyər verdiyini söyləyib. O, Qarabağda vəziyyətin sabit olduğunu qeyd edib.

Putin tənzimlənmə ilə bağlı yeni addımlar atmaq və bunun üçün işçi qrup yaratmağı təklif edib.