Dünyada 65 milyona yaxın insan koronavirusa qalib gəlib.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki,  1 milyon 944 min 518 nəfər virusdan həyatını itirib. Ümumi yoluxma sayı isə 90 milyon 755 min 600 nəfərə çatıb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 22 milyon 917 min 334 nəfər koronavirusa yoluxub. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyib.