İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 91 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 262 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 292 614 nəfərə yüksəlib. Koronavirus daşıyıcılarından 4 568 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 081 736 nəfər koronavirusdan sağalıb.