Kemerburgazda meşəsində 13 milyon lirəyə villa alan türkiyəli müğənni Ebru Gündeş yenidən ev axtarışına çıxıb.

Unikal.org xəbər verir ki, bu dəfə Ebru kirayə ev axtarmağa başlayıb. Beykoz Konaklarında özünə ev tapan müğənni aylıq 75 minlərə (təxminən 17 min manat) razılaşıb. Pulu ödədikdən, imza atdıqdan sonra isə Gündeş fikrindən daşınıb. Beləcə, tələsik qərar vermək sənətçini 75 min lirəsindən edib. Sənətçinin pulu geri qaytarılmayıb.