Roma papası Fransisk qadınların dini ierarxiyada vəzifə tutması ilə bağlı hüquqları genişləndirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, papa bu barədə kanon (xristian dini qanunu) imzalayıb. Dəyişikliklərə görə, qadınlar bu vaxta kimi məhrum olduqları bəzi dini ayinləri keçirmək və ierarxik strukturda yüksəlmək hüquqları qazanıblar.

Avropada mühafizəkar dindarlar Roma papasının bu addımını sərt tənqid ediblər. Gender aktivistləri isə kişi-qadın bərabərliyi yönündə atılmış bu addımı müsbət qiymətləndirdiklərini və təqdir etdiklərini elan ediblər.