Qazaxstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib.

Unikal.org xəbər verir ki, Assamlbeyanın 9 üzvü parlamentə daxil olacaq.

Yeni seçilmiş deputtalar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var.

Xatırladaq ki, Qazaxıstanbda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, "Nur Otan" partiyası qələbə qazanıb. Növbəti yerlərdə "Ak Jol" və Qazaxıstan Xalq Partiyası gəlir.

Qazaxıstan parlamentində 107 deputat seçilir. Onlardan 98-i ümumxalq səsverməsi yolu ilə, 9-u isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən seçilir.