Fələstin Rusiya istehsalı olan vaksinləri tətbiq edən ilk Yaxın Şərq ölkəsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin və Rusiya arasında artıq razılıq əldə olunub. Fələstin Rusiyadan koronavirusa qarşı "Sputnik V" vaksinlərini idxal edəcək. Tədarük prosesi tam başa çatandan sonra vaksinasiya prosesi başladılacaq.

Qeyd edək ki, Fələstin koronavirus pandemiyasının gərgin vəziyyət yaratdığı ölkələrdəndir.