"Avropa Birliyi Türkiyə ilə konstruktiv dialoq tərəfdarıdır"

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Birliyi Komissiyasının sözçüsü Peter Stano söyləyib.

"Türkiyə bizim tərəfdaşımızdır. Avropa Birliyi Türkiyə ilə konstruktiv dialoq tərəfdarıdır. Ehtiyacımız olan budur. Prezident Ərdoğanın Ursula Vonder Leyenlə görüşündə də buna çalışılıb", - deyə Stano söyləyib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Çavuşoğlu Aİ-Türkiyə münasibətləri ilə bağlı 21 yanvarda Brüsselə gedəcək.