Moldova prezidenti Maya Sandu Konstitusiya Məhkəməsinə müraciət edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Maya Sandu Konstitusiya Məhkəməsinə prezidentin və baş nazirin səlahiyyətlərini əvəzedici qismində icra edən şəxslərin səlahiyyətlərini məhdudlaşdıran qanunvericilik müddəalarının konstitusiyaya uyğunluğunu yoxlamaq istəyi ilə müraciət ünvanlayıb.

"Müraciət prezidentin və baş nazirin əvəzedicisinin müvəqqəti və müstəsna hallarda kadr dəyişiklikləri etmək və beynəlxalq müqavilələr imzalamaq hüququna aiddir", - deyə Sandu bildirib. Dövlət başçısı həmçinin "Hökümət haqqında" qanunun təyinatlarla bağlı konstitusiyaya zidd müddəalarının təsbit edilməsini istəyib.