Moskva vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb. Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.  

Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.

İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.