Avropa Birliyi İran İslam Respublikasına çağırış ünvanlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çağırışda uranın 20 faizədək zənginləşdirilməsi tənqid olunub və buna son qoymaq tələb edilib. 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əməl edilməsi istənilib.

Uranın zənginləşdirilməsi narahatlıq doğuran addım və ciddi gərginlik kimi qiymətləndirilib.