Türkiyədə İŞİD terror təşkilatına mənsub olan şəxslər saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Adana şəhərində keçirilib. 6 İŞİD terrorçusu saxlanılıb. Saxlanılanlar ərəb əsilli Suriya və İraq vətəndaşlarıdır.

Onlar Suriya və İraqda müxtəlif terror aktlarının təşkilində iştirak ediblər. Xeyli material da ələ keçirilib. Araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.