"SpaceX" və "Tesla" şirkətinin sahibi İlon Maskın reytinqi aşağı düşüb.

Unikkal.org xəbər verir ki, "Forbes" jurnalının planetin ən varlı adamları siyahısında İlon Mask geriləyib. Onun liderliyini "Amazon" şirkətinin sahibi Cef Bezos ələ keçirib.

"Bloomberg" agentliyi tərəfindən hesablanan "Bloomberg Billionaires Index" cədvəlində isə İlon Mask birinciliyi qorumağı bacarıb. Qeyd olunub ki, Maskın sərvəti bir gündə 13,5 milyard azalaraq 176,2 milyard dollara enib.