Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminə dəvət alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyindən müvafiq dəvətin alındığı təsdiqlənib. 

Qeyd edək ki, Co Bayden  2020-ci ilin noyabrın 3-də keçirilən prezident seçkilərində Trampa qalib gəlib.