Dünyada COVID-19-dan dünyasını dəyişənlərin sayı 2 milyona yaxınlaşır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, dünyada koronavirusdan ümumi ölüm sayı 1 milyon 952 min 979 nəfərə çatıb. Ümumi yoluxma sayı 91 milyon 322 min 850 nəfər, sağalanların sayı isə 65 milyon 317 min 636 nəfər olub.

Dünyada koronavirusa görə ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bu ölkədə 23 milyon 143 min 197 nəfər virusa yoluxub. 385 249 nəfər isə həyatını itirib. ABŞ-dan sonra ən çox yoluxma Hindistan, Braziliya və Rusiyada müşahidə olunub.