Türkiyədə zəlzələ hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Denizli şəhərinin Pamukkale bölgəsində baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 4 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 7.24 kilometr dərinliyində yerləşib. Dağıntı və insan itkiləri ilə bağlı məlumat yoxdur.