Türkiyə Milli Müdafiə Nazirliyi və Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Əməliyyat havadan həyata keçirilib. İraqın şimalındakı Qara bölgəsində keçirilmiş əməliyyat nəticəsində PKK terror təşkilatına zərbə endirilib. PKK-nın İraq qolu olan qruplaşmanın üzvləri zərərsizləşdirilib. Belə ki, 8 PKK terrorçusu məhv edilib. Əməliyyat tədbirləri davam etdiriləcək.