Dünyanın ən mübahisəli liderlərindən biri olan Tayland Kralı Maha Vaçıralonqkorn imicini düzəltmək üçün çəkilən sənədli filmdə kameralar qarşısına keçib.

Unikal.org xəbər verir ki, Kral Vaçıralonqkorn, paytaxt Banqkokdakı həbsxanada süpürgə ilə kameralara poza verib. Kralın həyat yoldaşı Sineenat Vaçıralonqkorn onu  tək qoymayıb.  

Sənədli filmdən alınan görüntülərdə Tayland Kralı Maha Vaçıralonqkorn  erkən sərbəst buraxılan və ağır işlərlə döşəmələri süpürərək  məhbuslara kömək etdiyi görülüb.  

Qeyd edək ki, qalmaqallı həyat tərzi ilə gündəmdə olan 68 yaşlı kral  keçmiş mühafizəçisi, 42 yaşlı kraliça Sineenat ilə 2020-ci ilin may ayında evlənib və iki ay sonra məşuqəsini isə "rəsmi sevgilisi" elan edib.  Həmçinin, kralın pandemiya səbəbindən ölkəsini başsız qoyaraq Almaniyadakı otellərin birində hərəmləri ilə istirahətdə olduğu bildirilmişdi.

Resmi metresinin çıplak fotoğrafları basına sızan Tayland Kralı imaj  tazeledi

Resmi metresinin çıplak fotoğrafları basına sızan Tayland Kralı imaj  tazeledi