İsraillə hərbi əməkdaşlığın tərəfləri
İsraillə hərbi əməkdaşlığın tərəfləri

Yeni sistemə keçidin əsas şərtləri

Ermənistanla müharibə durumunda olan Azərbaycan son illər ordu quruculuğuna daha həssas yanaşır və ordunun müasir avadanlıqlarla təmin olunmasına çalışır. Öncələr Azərbaycan bu problemini həll etmək üçün məcburi şəkildə yalnız Rusiya ilə əməkdaşlıq edirdi və demək olar ki, bu məsələdə Rusiyanın diqtəsi daha çox biruzə verirdi.

Amma son illər Azərbaycan silah bazarını daha da genişləndirə bilib. İlk növbədə Azərbaycan Hərbi Sənaye Nazirliyi yaradaraq, hərbi sənayeyə başladı və hazırda yüzlərlə çeşiddə məhsul istehsal edir. Bununla yanaşı bir sıra beynəlxalq sərgilərdə iştirak edərək başqa ölkələrə də silah satmaq niyyətindədir. Bu sahədə diqqəti cəlb edən başqa nüans isə Aqzərbaycanın Rusiyanın hərbi bazarından qismən azad olunmasıdır. Artıq ölkəmiz Rusiya ilə yanaşı Ukraynadan, İsraildən də silah almağa başlayıb. Bu isə bir tərəfdən Rusiyadan qurtulmaqdırsa, digər tərəfdən NATO standratlarına uyğun silahlanmağa böyük təsir edir. Yeri gəlmişkən bunu da qeyd edək ki, artıq Azərbaycan ordusu üçün yeni hərbi formalar hazırlanır ki, buda NATO formalarına daha yaxındır. İndi isə qayıdaq İsraillə hərbi əməkdaşlığa . Ekspertlər bildirir ki, son iki ildə Azərbaycan İsraillə hərbi əməkdaşlığını ən yüksək həddə çatdırıb və bu əməkdaşlığa artıq strateji əməkdaşlıq demək mümkündür. Gəlin, öncəliklə son proseslərə diqqət ayıraq.
Azərbaycan ötən il İsraildən silah və hərbi texnika idxalı həyata keçirib. 2012-ci ildə tərəflər arasında imzalanmış müqavilələr üzrə İsraildən böyük həcmdə atıcı silahların, rabitə vasitələrinin, raket və pilotsuz sistemlərin satın alınması baş tutub.
Ötən il İsraildən alınmış atıcı silahlar arasında UZİ markalı tapança-pulemyotlar, TAR-21 "Tavor" hücum tüfənginin müxtəlif modifikasiyaları, "Negev" tipli əl pulemyotları, snayper tüfəngləri, raket kompleksləri, müxtəlif çaplı artilleriya sistemləri, komanda-kontrol sistemləri yer alıb.
2012-ci ildə Azərbaycan İsrailin "Aeronautics" firması ilə ölkə daxilində "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin "Elbit Systems" firmasından "Heron" və "Hermes-900" tipli yeni pilotsuz aparatlar əldə edib. Sifarişlərin bir qisminin çatdırılması 2013-cü il ərzində davam edəcək.
Qeyd edək ki, 2011-ci ilin sonlarında Azərbaycan və İsrail arasında ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan, silah və hərbi texnikanın alğı-satqısına dair müqavilə bağlanıb. Ötən il Azərbaycan əsasən "Elbit Systems", "Rafael", IWI və IMI şirkətlərindən məhsullar alıb.
Maraqlıdır, bəs bu əməkdaşlıq Azərbaycan üçün hansı üstünlüklər yarada bilər? Ekspertlər bildirir ki, hərbi sahədə ki, əməkaşlıq Azərbaycana imkan verir ki, daha qlobal məsələlərdə də İsraillə birgə addımlaya bilsin. Məsələn, hazırda Azərbaycan pilotsuz təyyarə zavodunun açılışı istiqamətində işlər görür və bu sahədə İsrail peşəkarlar sırasındadır. Bununla yanaşı, məlumdur ki, bu gün İsrail büdcəsində hərbi sənayenin rolu böyükdür və Azərbaycan belə bir şest etməklə İsrailə dostluq əlini uzadır. Bunun qarşılığında isə İsrail lobbisinin gücündən bəhrələnmək olar. Sirr deyil ki, ötən il Türkiyə-İsrail münasibətləri gərginləşəndə İsrail parlamenti qondarma erməni soyqırımını tanımaq istəyirdi. Sadəcə olaraq Azərbaycanın aktivləşməsi ilə İsrail bu addımından vaz keçdi. Bütün bunlar isə sözsüz ki, məlum əməkdaşlığın nəticəsidir. Ekspertlər bunu da bildirir ki, Azərbaycan hazırda peşəkar ordu sisteminə keçid etmək istəyir. Bunun üçün tək qanunların dəyişməsi yox, həm də ən vacibi silah-sursat arsenalının yeniləşdirilməsi, müasir standartlara cavab verməsidir. Bu gün müasir hərbi sənayeyə malik olan dövlətlərə isə İsrail əməkdaşlıq edir. Deməli Azərbaycanın İsraillə bu istiqamətdə ki, əməkdaşlığı hərbi potensialımızında yeniləşməsi deməkdir. Ekspertlər bunu da qeyd edir ki, son illər Azərbaycan İsrail münasibətləri nə qədər doğmalaşırsa, İsrail-Ermənistan münasibətləri də bir o qədər soyuyur. Dünyada ciddi lobbiçilik gücünə qadir İsraillə münasibətlərin bu müstəviyyə keçməsi isə artıq Azərbaycana əlavə divident verir.
Toğrul Əliyev