Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Moldova prezidenti Maya Sandunun Ukraynaya səfərindən danışıb.

Unikal.org xəbər verir ki, nazir Sandunun səfərini yüksək qiymətləndirib.

"Əsas odur ki, Maya Sandu dövlət başçısı kimi ilk xarici səfərini Ukraynaya gerçəkləşdirdi. Bu, Ukraynaya verilən dəyərdir. Əlaqələrimiz yenidən və əvvəlkindən də güclü şəkildə başlayacaq. Bəli, Sandunun bugünkü səfəri Moldova ilə əlaqələri yenidən başlatdı", - deyə XİN başçısı bəyan edib.

Qeyd edək ki, Maya Sandunun Ukraynaya səfəri Moldova prezideti postunu tutmuş şəxslərin 2015-dən bəri ilk səfəri idi.