İndoneziyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə Yava dənizinə düşən təyyarənin qara qutusu tapılıb. Təyyarə havaya qalxandan 5 dəqiqə sonra əlaqə kəsilmişdi və radarlardan itmişdi.

Daha sonra təyyarənin Yava dənizinə düşdüyü məlum olub. Sərnişinlərdən və ekipaj üzvlərindən sağ qalan olmayıb. Hazırda axtarışlar davam edir. Təyyarənin hissələri və bəzi cəsədlər tapılıb. Qara qutunun oxunmasından sonra qəzanın dəqiq səbəbləri və baş vermə şəraiti məlum olacaq. Bildirilib ki, bu barədə ictiamiyyətə əlavə bilgilər veriləcək.