ABŞ prezidenti Donald Trampın hüquqlarını müdafiə edən hüquqşünasın vəkillikdən xaric edilməsi gündəmdədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York ştatının vəkillər bürosu Trampın vəkili Radi Qilianinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ qaldırıb.

ABŞ Konqresinə basqından sonra "ABŞ demokratiyasını ləkələyən" birini müdafiə edən şəxsin vəkil ola bilməsi mümkünsüz adlandırılıb. Hazırda məsələyə hüquqi müstəvidə baxılır. Yekun qərar Qilianinin vəkilliyi ilə bağlı karyerasını müəyyənləşdirəcək.