Almaniyanın kansleri Angela Merkel koronavirus pandemiyası ilə mübarizə tədbirləri haqqında danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merkel sərtləşmənin 2 ay da davam etməsini istəyib. Virusa tam qalib gəlmək üçün bunun lazım olduğunu söyləyib. Almaniya kansleri həmçinin COVID-19-un "Britaniya ştammı"nın ölkəyə girməməsi üçün hamının var gücü ilə çalışmalı olduğunu vurğulayıb.

"Bunu bacarmasaq, yoluxma 10 qat artacaq. Yeni ştamm ölkəmizə girsə, Pasxa bayramınadək indikindən 10 dəfə çox yoluxmaya şahid olacağıq", - deyə Merkel bəyan edib.