“Moskvada keçirilən görüşdə erməni tərəfi üçün əsas məsələ olan əsirlərin qaytarılması həllini tapmadı”

Unikal.org xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Arman Abovyan jurnalistlərə açıqlamasında deyib.

Erməni deputatın sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistan ərazisi üzərindən bağlantılar yaratmaq arzularını reallaşdırırlar.

“Məgər bu, bizim üçün qələbədirmi?”, - deyə Abovyan sual edib.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Nikol Paşinyanın yerli publikaya hesabladığı status və əsirlərlə bağlı məsələ (Atəşkəs bəyanatından sonra təxribata cəhd edən erməni diversiya qrupu-red) gündəmdən kənarda qalıb.