Dünyada koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb.

Unikal.org  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 9371 nəfər isə dünyasını dəyişib.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.