Kanadanın Baş Naziri Castin Trüdo millət vəkili  Ömər Alqabranı Nəqliyyat Naziri təyin edib. 

Unikal.org xəbər verir ki, Nəqliyyat Nazirliyinə təyin olunmuş  Səudiyyə Ərəbistanında anadan olan Ömər Alqabra, Somali mənşəli Əhməd Hüseyn və Əfqanıstan əsilli Məryəm Monsefdən sonra kabinetə girən üçüncü müsəlman nazir olub.

Kanada Baş Nazirliyindən edilən açıqlamada, İnnovasiya, Elm və Sənaye naziri Navdeep Bainsinin təqaüdə çıxmasını tələb edərək nazirliyi tərk etdiyi də bildirilib.