ABŞ Konqresinin palatalarından olan Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi qərarını təsdiqləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, layihə səs çoxluğu ilə qəbul edilib.

Bu vəziyyətdə səlahiyyətlər ABŞ vitse-prezidenti Mayk Pensə keçməlidir. Həmin prosedur ABŞ konstitusiyasının 25-ci maddəsində öz əksini tapıb. Lakin vitse-prezident Pens 25-ci maddənin icra edilməsini tələb etməyəcəyini bəyan edib. Bununla da Trampın impiçmenti qərarı sadəcə simvolik xarakter daşımağa başlayıb.

Qeyd edək ki, Trampın səlahiyyət müddəti 20 yanvar tarixində yeni seçilmiş prezident Co Baydenin andiçməsi günü sona çatacaq.