Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.

Unikal.org-un məlumatına görə, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət idi ki, xəbər yox idi. Ötən gün isə onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!