Ermənistan prezidenti Armen Sarkisyan indi də pnevmoniyaya tutulub.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə prezident aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Armen Sarkisyanın hər iki ciyərində pnevmoniya əlamətləri aşkar edilib və diaqnoz qoyulub. Ermənistan prezidenti yenidən xəstəxanaya yerləşdirilib.

"Xəstəlik hələ çətin mərhələdədir. Yüksək hərarət də müşahidə olunur. Hər iki ciyərdə pnevmoniya əlamətləri var", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Armen Sarkisyan bir müddət əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti normallaşan Ermənistan prezidenti bu yaxınlarda evə buraxılmışdı.