ABŞ-da 67 ildən sonra ilk dəfə qadın edam edilib.

Unikal.org xəbər verir ki,  52 yaşlı Liza Montqomeri İndiana ştatının həbsxanasında iynə vurulmaqla edam olunub. O, 2004-cü ildə hamilə qadını öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi. L.Montqomerinin edamı ötən ilin dekabrında baş tutmalı olsa da, məhkəmə cəzanı təxirə salmışdı. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxladıqdan sonra ölüm hökmü icra olunub.

Qeyd edək ki, sonuncu dəfə ABŞ-da qadın 1953-cü ildə edam olunmuşdu.