Çində son 8 ayda koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, ötən sutka ərzində Çində 138 yeni yoluxma müəyyən edilib, bir nəfər ölüb.

Məlumata görə, ölkədə 16 may 2020-ci ildən bəri virusdan ölüm hadisəsi baş verməmişdi. Yeni ölüm faktı Hebei əyalətində aşkarlanıb.