ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,  "Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.

Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir: "İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik”.