Ermənistan mətbuatı Paşinyan hakimiyyətinin qeyri-səmərəli maliyyə siyasətindən yazır.

Unikal.org xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti də material dərc edib. Qeyd olunur ki, korrupsiya əleyhinə yeni komissiya yaratması Paşinyan hakimiyyətinin resurslardan qeyri-rasional istifadəsinə təsir etmir.

Elə bu yeni qurumun özü büdcədən xeyli vəsaiti yüksək maaşlar şəklində israf edir. Həmçinin İrəvan meriyasının bahalı və səmərəsiz layihələrə büdcə hesabına maliyyə təmin etməsi tənqid olunub. İstintaq Komitəsi əməkdaşlarının maaşdan əlavə aylıq pul mükafatı alması da narazılıqlara səbəb olub. Bildirilir ki, Ermənistanda ağır sosial-iqtisadi vəziyyət və yoxsulluğun hökm sürdüyü vaxtda, müharibə ilə yeni fəsadların yarandığı vaxtda bu kimi xərclər dövlətin resurslarını tükədir və xalqı ac qoyur.