Dünyada koronavirusa yoluxanların sayı 93 milyona yaxınlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada COVID-19-a ümumi yoluxma sayı 92 778 786 nəfərə çatıb. Bu virusdan ümumi ölüm sayı isə 1 986 900 nəfər təşkil edib.

Dünyada ən çox yoluxma və ölüm sayı ABŞ-da müşahidə edilib. Bu ölkədə koronavirusa yoluxanların sayı 23 616 345 nəfərə, ölüm sayı isə 393 928 nəfərə yüksəlib. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.